Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyəcək planşet hazırlayır


“Nokia” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyəcək planşet hazırlayır. Bu informasiyanı şirkətin əsas dizayneri təsdiq edib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, planşet “Windows 8” əməliyyat sistemi ilə işləyəcək və ikinüvəli “Qualcomm” prosessoru ilə təchiz ediləcək, qurğunun bazara çıxarılması isə 2012-ci ilin sonuna planlaşdırılıb. Şirkət rəhbərliyi bir neçə dəfə qeyd edib ki, planşet bazarı onlar üçün olduqca maraqlıdır və bu bazarda baş verən prosesləri diqqətlə  izləyirlər.








 
EMİL
 





16/03/12    Çap et