Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionlarda rabitə qəza dəstələri hazırlıq vəziyyətindədir


Yaz fəslinin gəlməsi ilə əlaqədar  intensiv yağışların yağması nəticəsində hər an baş verə biləcək təbii fəlakətin fəsadlarının qarşısının operativ şəkildə alınması məqsədilə  “Aztelekom”İB-nin regional qəza bərpa dəstələri hazırlıq vəziyyətindədir.

Bu barədə birlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, yüksək hazırlıq şəraitində təlim-məşqlər davam etdirilir.Qəza zamanı ilk öncə istifadə ediləcək materialların ehtiyatı yaradılıb. 
 





17/03/12    Çap et