Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision 2012” təmsilçimizin rəsmi saytı bu gün təqdim ediləcək


Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısı bu gün  təqdim olunacaq. Eyni zamanda, bu gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək.
 
Azərbaycanın “Eurovision 2012” mahnısının rəsmi videosu isə martın 19-da nümayiş olunacaq.
Xatırladaq ki, 2008-ci ildən Milli Seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Final konsertində Azərbaycanın builki Eurovision Mahnı Müsabiqəsində təmsilçisi seçilib.
 





17/03/12    Çap et