Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sistemi ilə işləyəcək ilk planşet istehsalçısı məlum olub


“Windows 8” əməliyyat sistemi ilə işləyəcək ilk planşeti Çinin “Lenovo” şirkəti istehsal edəcək.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, qurğu “Windows 8” əməliyyat sisteminin təqdim edilməsi ilə bir gündə satışa çıxarılacaq. Planşetin xüsusiyyətləri haqqında məlumat verilməyib. Yalnız planşetin “İntel” prosessoru ilə təchiz ediləcəyi məlumdur.

“Microsoft” korporasiyasının yeni əməliyyat sistemi əsasında planşet istehsal etmək niyyətində olan istehsalçılar arasında, həmçinin “Dell”, “Hewlett-Packard”, “Asus” və “Nokia” şirkətlərinin də adı çəkilir.
Məlumat üçün bildirim ki, 2012-ci ilin yanvarında keçirilən “CES” sərgisində “Lenovo” şirkəti “Windows 8” əməliyyat sistemi ilə işləyən planşet və noutbukun hibridini təqdim edib.



 
EMİL





19/03/12    Çap et