Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz Avropa Qrid İnfrastrukturu Forumunda təmsil olunur


Almaniyanın Münhen  şəhərində Avropa Qrid İnfrastrukturu Forumu (EGI Community Forum) və II Texniki Konfrans öz işinə başlayıb. 26-30 mart tarixlərdə keçirilən tədbirin əsas məqsədi Avropa Tədqiqat Sahəsində elmi-innovasiya fəaliyyətində EGI-nin əhəmiyyətli xidmətlərini nümayiş etdirməkdir.
 
 Forum çərçivəsində qrid texnologiyaları ilə bağlı elmi-texniki yeniliklər, problemlər və əməkdaşlıq perspektivləri müzakirə olunacaq, EGI-yə üzv olan elmi-tədqiqat qruplarının öz işlərini təkmilləşdirməsi üçün mövcud xidmətlər və texnologiyalar işıqlandırılacaq.
 
 Tədbirdə ölkəmizi AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev təmsil edir.
 
 Qeyd edək ki, AzScienceNet Elm Kompyuter Şəbəkəsinin infrastrukturunda Qrid xidmətlərinin yaradılması və Avropa Qrid infrastrukturuna inteqrasiya olunması baxımından AMEA İTİ-nin bu konfransda iştirakı mühüm əhəmiyyət kəsb edir.





29/03/12    Çap et