Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera”nın “Android” platforması üçün yeni versiyası çıxıb


Norveçin “Opera” şirkətinin tərtibatçıları “Android” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün “Opera Mini” veb- səyyahının yeni versiyasını təqdim ediblər.

Hazırda “Opera Mini” veb-səyyahı vasitəsi ilə istifadəçilər ekspress panelə  istənilən sayda əlfəcin əlavə edə bilərlər. Bundan əlavə, veb-səyyah artıq  “HTML5” standartını dəstəkləyir.

Həmçinin sıxılma alqoritmi təkmilləşdirilib.“Opera Mini” əlavəsi pulsuzdur və artıq “Google Play” mağazasından yükləmək olar.





 
EMİL





29/03/12    Çap et