Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkətinin yeni müstəqil bölməsi yaradılıb


“Samsung” korporasiyası ekran istehsalının artıq müstəqil şirkət olduğunu elan edib. Yeni müəssisə “Samsung Display” adlanır və dünyada ən böyük ekran istehsalçısıdır. Şirkətin tərkibinə mobil qurğular üçün ekranların hazırlanması və yaradılması bölməsi daxil olacaq. “Samsung Display” şirkətinin əsas fəaliyyət istiqaməti “OLED” matrislər olacaq.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, yeni yaradılmış korporasiyaya “Samsung” şirkətinin və onun ekran bölməsinin əvvəlki vitse-prezidenti Donq Park rəhbərlik edir. Şirkətin zavodlarında təxminən 20 min əməkdaş işləyir.

Məlumat üçün bildirim ki, keçən il “Samsung” şirkətinin ekran istehsalı üzrə bölməsinin mənfəəti 20 milyard dollar təşkil edib. Bu isə rəqiblər arasında ən yüksək göstəricidir.


 
EMİL
 
 





02/04/12    Çap et