Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” avtomobillər üçün prosessorlar tədarük edəcək


“İntel” korporasiyasından bildirilib ki, yeni “Atom” mikroprosessorları 2013-cü ildən etibarən “Nissan” avtomobillərinin kompyuter multimedia sistemlərində istifadə ediləcək. Çip istehsalçısı bundan əvvəl “Toyota” korporasiyası (2011-ci ilin sonunda) ilə oxşar saziş bağlamışdı.

“Toyota” ilə imzalanmış sazişin şərtlərinə görə, “İntel” şirkəti, həmçinin onun avtomobil infoteynment-sistemləri üçün prosessorlar tədarük edəcək. Bundan əlavə, “Atom” çiplərindən “BMW” və “Mercedes-Benz” şirkətlərinin istehsalı olan avtomobillərin kompyuter multimedia sistemlərində istifadə edilməsi planlaşdırılır.

“İntel İntelligent Systems”-in vitse-prezidenti Ton Stinman bildirib ki, “Nissan” şirkəti yeni “Atom” prosessorlarından "istehlakçılar üçün rəqəmli həyat tərzini yalnız evdə deyil, həm də avtomobildə yaratmağa görə” istifadə edəcək. “İntel” korporasiyasından bildirilib ki, avtomobil kompyuter sistemlərinin əhəmiyyəti getdikcə artır; belə ki, statistikaya görə, insan il ərzində avtomobildə 2 ay vaxt keçirir.
 


EMİL
 





06/04/12    Çap et