Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” istifadəçiləri dünya internet trafikinin 1%-ni istehlak edirlər


“NetMarketShare” analitik şirkətinin qiymətləndirməsinə görə, “iPad” planşet kompyuterlərinin istifadəçiləri internetdə trafikin ümumi həcminin 1%-dən çoxunu istehlak edirlər. Bu göstərici bütün mövcudluğu ərzində “iPad” üçün rekord həddir. ABŞ-da bu göstərici 2,1% təşkil edir. “NetMarketShare” məlumatına görə, indi bütün internet planşetlər arasında “iPad” istifadəçiləri sərf etdikləri trafik həcminə görə liderdirlər. Bu göstərici üzrə ən yaxın rəqib – “Samsung Galaxy Tab” qlobal trafikə görə “iPad”dan 53 dəfə geri qalır.




06/07/11    Çap et