Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün 850 mindən yuxarı “Android” qurğu aktivləşdirilir


“Google” şirkətinin baş direktoru Larri Peyc korporativ bloqunda şirkətin müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətinin nəticələri haqqında məlumat verib.

“İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hər gün “Android” əməliyyat sistemi ilə işləyən 850 mindən çox mobil qurğu aktivləşdirilir. Qurğular 55 istehsalçı tərəfindən yığılır.
"Android” sistemi əməkdaşlıq əlaqələrinin gücünün tipik nümunəsidir və bu əməliyyat sistemi hər yeni versiya çıxdıqca daha da təkmilləşir. Məsələn, “Ice Cream Sandwich” adlı son quraşdırılma gözəl interfeysə malikdir.

“Google” şirkətinin direktoru, həmçinin “Motorola Mobility”-nin satın alınması mövzusuna toxunub. Onun sözlərinə görə, “Google”-un zəngin texnologiya tarixinə malik şirkəti satın alması şirkətin daha yaxşı qurğular hazırlamasına imkan yaradacaq. Yayılmış şayiələrə baxmayaraq, “Google” şirkəti “Android” mobil əməliyyat sistemini açıq platforma kimi saxlamaq niyyətindədir: şirkət platformanın məhz bu xüsusiyyəti sayəsində uğurlar əldə edib.

EMİL





07/04/12    Çap et