Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Aztelekom" İstehsalat Birliyində növbəti iməcilik keçirilib


Bu gün "Aztelekom" İstehsalat Birliyinin inzibati binasının (baş idarə) ərazisində iməcilik keçirilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə birlikdən məlumat verilib.

İməcilikdə İB-nin idarəetmə aparatının rəhbərliyi və əməkdaşları iştirak edib. İməcilik zamanı əvvəlcədən əkinə hazırlanmış ərazidə 300-ə yaxın müxtəlif növ ting və bəzək ağacı əkilib, sahə alaq otları və zibillərdən təmizlənib və əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Həmçinin İB-nin şöbələrində də təmizlik işləri aparılıb.

CAHANGİR




07/04/12    Çap et