Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Anonimlər hökumətin insanları izləməsinə etiraz etdi


“Anonymous” qruplaşmasından olan hakerlər Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin saytını blok ediblər. Qruplaşmaya məxsus mikrobloqlardan birində dərc edilmiş informasiyaya görə, hücumun səbəbi hökumətin istifadəçiləri izləmək planlarına qarşı etirazdır.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, hakerlər bildiriblər ki, bir sıra digər hökumət saytlarına da hücum etmək niyyətindədir.

“BBC News”-in məlumatına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin portalı dünən Britaniya vaxtı üzrə təxminən saat 21:00 radələrində əlçatmaz olub.
 




EMİL
 
 





09/04/12    Çap et