Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” internet telefoniya xidmətində yeni rekord qeydə alınıb


“Skype” internet telefoniya xidmətində yeni rekord qeydə alınıb. Çərşənbə axşamı xidmətdən eyni zamanda istifadə edən istifadəçilərin sayı ilk dəfə olaraq 40 milyonu ötüb.

“İCTnews.az” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Skype” xidmətinin ilk əvvəl “Facebook” sosial şəbəkəsi ilə inteqrasiya edilməsi, daha sonra “Microsoft” korporasiyası tərəfindən satın alınması nəticəsində istifadəçilərinin sayı artıb.

Məlumat üçün bildirim ki, 2012-ci il fevralın sonunda “Skype” əlavəsinin “Windows Phone”  əməliyyat sistemi üçün beta-versiyası buraxılıb.






EMİL
 





12/04/12    Çap et