Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərpoçt" MMC daha bir sığorta şirkəti ilə müqavilə bağlamağa hazırlaşır


"Azərpoçt" MMC daha bir sığorta şirkəti ilə müqavilə bağlamağa hazırlaşır. Bu barədə müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir. Sığorta şirkətinin adı açıqlanmasa da, onun müəssisənin iş prinsipi ilə yaxından tanış olduğu bildirilir.

Tərəflər arasında bağlanacaq  müqaviləyə görə, "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərəcək. Şirkətin əsas məqsədi satış həcmlərinin artırılması olacaq. Buna  görə də şirkət iri şəbəkəyə malik “Azərpoçt”MMC ilə işləməyi qərara alıb. "Azərpoçt"la əməkdaşlıq şirkətin müştəri bazasını artırmağa imkan verəcək.

Qeyd edək ki, hazırda “Azərpoçt” MMC-nin poçt  şöbələrində “Ata” və ”Atəşgah” sığorta şirkətlərinin sığortanın bütün növləri üzrə məhsullar satılır və polislərin satışı tamamilə avtomatlaşdırılıb və elektron şəkildə həyata keçirilir.





13/04/12    Çap et