Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən yaxşı peşə proqram təminatı istehsalçısıdır


Proqram təminatı istehsalçılarına artan tələbat, yaxşı iş şəraiti və əmək haqqının yuxarı olması kimi kriteriyalara əsaslanan "Careerscast.com" işə qəbul portalı proqram təminatı istehsalçısı peşəsini dünyada ən yaxşı adlandırıb.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən  bildirir ki, mütəxəssislər qeyd ediblər ki, məhz bütün bu amillərin uyğunluğu sayəsində proqram təminatı istehsalçısı peşəsi "ən yaxşı" adına layiq görülüb.

"Hazırda rəqəmli texnologiyaların üstünlük verildiyi dünyada proqramçılar özlərini çox yaxşı hiss edirlər; bu peşə üzrə çalışan insanlar daha yuxarı əmək haqqı alırlar, həm də bu sahədə işləyən mütəxəssislərə işə götürənlər arasında çox yüksək tələbat var" - portal qeyd edib.

Məlumat üçün bildirim ki, elektron-hesablama sistemləri üzrə analitiklər ən yaxşı peşə reytinqində 9-cu, veb-tərtibatçılar isə 15-ci yerdə qərarlaşıblar.
 
EMİL
 
 





13/04/12    Çap et