Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında qeydiyyatdan keçən domenlərin sayı 14 mini ötüb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında artıq 14000 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 767, qeydiyyata düşən domenlərin sayı isə 1660-a bərabərdir.
Domenlərin böyük əksəriyyəti “.az” (12932) domeninin payına düşür. Həmçinin 617 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.





Sonrakı yerlər aşağıdakı kimidir:
  1. “.pro.az”            4
  2. “.name.az”         5
  3. “.biz.az”         14
  4. “.info.az”           21
  5. “.co.az”         30
  6. “.pp.az”         42
  7. “.int.az”         44
  8. “.net.az”         55
  9. “.org.az”            90
  10. “.edu.az”           140
 
“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqust ayının 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
EMİL 
 





14/04/12    Çap et