Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” ofis əlavələri paketinin növbəti versiyası gələn il çıxacaq


İnternetdə növbəti informasiya sızması nəticəsində “Microsoft” korporasiyasının bəzi əsas məhsullarının çıxma müddəti məlum olub. “Meetroo” İT şirkətinin direktoru Maarten Visser “Twitter”  mikrobloqunda bildirib ki, “İnternet Explorer” veb-səyyahının onuncu versiyası 2012-ci ilin ortasında işıq üzü görəcək.

Həmçinin, eyni vaxtda   “Office”, “SharePoint”, “Exchange” və “Visio” proqramlarının beta-quraşdırılması çıxa bilər. Bu 4 məhsulun final relizi isə 2013-cü ilin əvvəlinə nəzərdə tutulub.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, Visser məhsulların buraxılış planını açıq mənbədən – “Microsoft” korporasiyasının partnyorlarının birindən əldə edib.






 
 
EMİL





14/04/12    Çap et