Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”-da çarx müəllifləri pul qazana biləcəklər


"YouTube" xidmətinin pul qazanmağa imkan yaradan əməkdaşlıq proqramına artıq bütün arzu edənlər qoşula bilər. Bu barədə "YouTube"  xidmətinin əməkdaşlıq bloqunda məlumat verilib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, əməkdaşlıq proqramı sayəsində çarx müəllifləri onların videoçarxlarında nümayiş olunan reklam elanlarından əldə olunan mənfəətin bir hissəsini ala biləcəklər.

Əməkdaşlara, həmçinin videoların yüklənməsi, kanalların tərtibatı, müəllif hüquqlarının pozulmasından müdafiə olunmaq və statistikanın araşdırılmasına dair əlavə imkanlar təqdim edilib. Bundan əvvəl isə partnyorlar yalnız populyar çarxların müəllifləri olurdular.

Hazırda partnyorlar 20 ölkədən olan müəlliflər ola bilərlər. "YouTube" xidməti bu siyahının genişlənməsi üzərində işlədiyini qeyd edib.


EMİL







16/04/12    Çap et