Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gündən abituriyentlər “Elektron ərizə”lərini təsdiq etdirməlidirlər


Bu gündən başlayaraq abituriyentlər “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Komissiyadan bildirilib ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan etibarən internet vasitəsilə elektron ərizə doldurmağa başlayıblar.

Bu proses üçün ayrılmış müddət mayın 16-da başa çatacaq. Qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər. Komissiyadan xəbərdarlıq edilib ki, ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.


HƏQİQƏT




16/04/12    Çap et