Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet nəhəngi yeni “bulud” xidmətini gələn həftə istifadəyə verə bilər


“Google” korporasiyası “Google Drive” adlı “bulud” xidmətini artıq gələn həftə istifadəyə verə bilər. İstifadəçilər bu xidmət sayəsində məlumatlarını şirkətin internet serverlərində saxlaya biləcəklər.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google Drive” adlı “bulud” xidmətinin hazırlanması haqqında artıq bir neçə ildir ki şayiələr gəzir.

Hazırda istifadəçilər bir çox analoji xidmətlərdən istifadə edirlər; “Dropbox” adlı xidmət daha populyardır. 2011-ci ilin oktyabrında bu xidmətdə 45 milyondan çox istifadəçi qeydiyyatdan keçmişdi.

“Google Drive” xidmətində bütün istifadəçilərə faylların saxlanılması üçün pulsuz olaraq 5 QB yer təklif ediləcək. Faylların saxlanılması üçün daha çox yer əldə etmək istəyən şəxslər pul ödəməli olacaq.

“Gartner” analitik şirkətinin məlumatına görə, 2011-ci ildə istifadəçilər “bulud” xidmətlərinə 830 milyon dollar xərcləyiblər. 2012-ci ildə bu bazarda 47% artım gözlənilir.
 
EMİL





17/04/12    Çap et