Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada “PCİ Express 3” dəstəyi ilə ilk sistem lövhəsi


“MSİ” şirkəti “LGA 1155” icrasında ikinci nəsil “İntel Core” prosessorları üçün “Z68A-GD80” (G3) ana lövhəsini təqdim edib. İstehsalçıların bəyanatlarına görə, yenilik dünyada “PCI Express 3.0” standartını dəstəkləyən ilk ana lövhədir. “2 PCI Express 3.0 x16” slotu, həmçinin “1 PCI Express 2.0 x16” slotu nəzərdə tutulub.
Ana lövhə işin etibarlığını və sabitliyini artıran "hərbi sinif" komponentlərinin (Military Class II) tətbiqi ilə “İntel Z68” çipsetində hazırlanıb. Əməli yaddaş modullarının quraşdırılması üçün 4 konnektor var; əməli yaddaşın maksimal tutumu 32QB təşkil edir. Daşıyıcıların qoşulması üçün “Serial ATA II” və “Serial ATA 3.0” portlarından istifadə olunur. 8 kanallı səs kodeki, “Gigabit Ethernet” şəbəkə adapteri, həmçinin “USB 3.0” portu var.
Ana lövhə əsas əməliyyat sistemini yükləmədən internetə işləməyə icazə verən quraşdırılmış “Winki 3” proqramına malikdir.”OC Genie II” avtomatik sürətləndirmə funksiyası nəzərdə tutulub. Bundan başqa, “LucidLogix Virtu” texnologiyası da realizə olunub. Bu texnologiya cari yüklənmədən asılı olaraq inteqrasiya olunmuş və diskret videoadapterlər arasında avtomatik dəyişmə hesabına videoaltsistemin enerji istehlakını azaldır.




07/07/11    Çap et