Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un xəbər lentində populyar məqalələr görünəcək


“Facebook” sosial şəbəkəsinin proqramçıları yeni funksiyanı sınaqdan  keçirirlər. Belə ki, istifadəçilər tezliklə öz xəbər lentlərində ən populyar  məqalələri görə biləcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, xəbər lentində göstəriləcək məqalələr haqqında informasiya sərlövhə, kiçik şəkil və 130 simvoldan ibarət qısa təsvirdən ibarət olacaq.
Məlumat üçün bildirim ki, yeni funksiyanın mobil versiyası da sınaqdan keçirilir.







 
EMİL
 
 
 





19/04/12    Çap et