Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da internet-reklam bazarı rekord həcmə çatıb


İnteraktiv reklam bürosu və “PricewaterhouseCoopers” şirkəti Amerikanın  internet reklam bazarını tədqiq ediblər və nəticələr haqqında məlumat veriblər.

“İCTnews.az” elektron xəbər xidməti “business.compulenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ilin dördüncü rübündə internet reklam sektorunun həcmi 9 milyard təşkil edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə 20 faiz çoxdur.

2011-ci ilin nəticəsinə görə, ABŞ-da internet reklam bazarının həcmi 31 milyard dollar təşkil edib. Müqayisə üçün: 2010-cu ildə bu göstərici 26 milyard dollara bərabər olmuşdu.
Mobil reklam ən sürətli inkişaf edən seqment olub. Bu seqmentdə illik satışlar 150% artaraq 1,6 milyard dollar təşkil edib.
 



EMİL
 
 
 





19/04/12    Çap et