Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo”nun rüblük göstəriciləri 3,5 il ərzində ilk dəfə artıb


“Yahoo” internet şirkəti 2012-ci ilin birinci rübü üzrə hesabat dərc edib. Bu dəfə şirkətin nəticələri müsbət olub.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, elan edilmiş məlumatlara əsasən, “Yahoo”nun mənfəəti 1 faiz artaraq 1,08 milyard dollar təşkil edib. Qeyd edim ki, “Yahoo”nun rüblük göstəriciləri son 3,5 il ərzində ilk dəfə olaraq artıb.

“Yahoo” hesabat rübündə kontekst reklam sistemindən 384 milyon dollar qazanıb. Bu isə keçənilki göstəricidən 8% yuxarıdır. Digər tərəfdən qrafik reklam üzrə göstəricilər 4% azalıb. Lakin “Yahoo” internet şirkətinin maliyyə direktoru Tim Morze əmindir ki, banner reklamı üzrə göstəricilərin azalması - bu müvəqqəti haldır.

Şirkətin birinci rüb üzrə əməliyyat mənfəəti 24 sent təşkil edib. Xalis mənfəət 286,3 milyon dollar və ya 1 səhmə 23 sent təşkil edib.
 
EMİL





20/04/12    Çap et