Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20000 sayt virusa yoluxub


“Google” şirkəti virusa yoluxmuş 20000 sayt haqqında xəbərdarlıq edib. Həmin saytlarda ziyanverici “JavaScript” əlavə yerləşdirilib və o, istifadəçiləri ziyanverici resurslara yönləndirir.

“Google” şirkətinin yaydığı xəbərdə qeyd edilir ki, ehtimal ki, saytlar boşluqları axtaran avtomatlaşdırılmış skanerin “qurban”ı olublar. Skaner saytlarda boşluq tapdıqdan sonra ziyanverici kodu onların fayllarına quraşdırır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, “Google Search Quality Team”dən verilmiş məlumata görə,  yaradılmış ziyanverici “JavaScript” kod yenidir və əvvəllər qlobal şəbəkədə aşkar olunmayıb. Şirkət, həmçinin, bildirib ki, kod “HTML”, “JavaScript” və ya “PHP” fayllara quraşdırıla bilər.





 
EMİL
 





20/04/12    Çap et