Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə obyektlərinin mühafizəsi gücləndirilib


Rabitə obyektlərinin mühafizəsi, rabitə obyektlərinin və rabitə işçilərinin təhlükəsizliyi gücləndirilib. Bununla bağlı işlər "Rabitə vasitə və qurğularının işinin dayanıqlığının artırılması, rabitə obyektlərinin və işçilərinin təhlükəsizliyinə nəzarətin gücləndirilməsi haqqında" qərara əsasən həyata keçirilir. 

Bununla yanaşı, rəhbərlik tərəfindən  "Rabitə obyektlərində mühafizə işinin gücləndirilməsi və buraxılış rejiminin tənzimlənməsi tədbirləri haqqında" və "Rabitənin dayanıqlığının təmin edilməsi, rabitə obyektlərinin binalarında, rabitə qurğu və vasitələrində texniki və yanğın təhlükəsizliyinə, xidmət heyətinə təhlükəsiz iş şəraitinin yaradılmasına və mühafizəçilərin iş səmərəliliyinin yüksəldilməsinə nəzarətin artırılması haqqında" əmrlər imzalanıb.

Qeyd edək ki, regionlarda Telekommunikasiya qovşaqlarında və Poçt filiallarının inzibati binalarında müşahidə kameraları qurularaq mühafizə xidmətinə nəzarət gücləndirilib. Bundan başqa, binalar yanğından mühafizə siqnalizasiyaları ilə təmin edilib.





RƏVAN




23/04/12    Çap et