Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən çox spam yayan hansı ölkədir?


Hindistan 2012-ci ilin birinci rübündə göndərilən spamın həcminə görə  dünyada birinci yerdə qərarlaşıb. Bu barədə informasiya təhlükəsizliyi ilə məşğul olan “Sophos” şirkətinin saytında qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti  bildirir ki, 2012-ci ilin yanvar-mart ayları ərzində Hindistandan 9,3 faiz, ABŞ-dan isə 8,3 faiz spam məktub göndərilib. “Sophos” şirkəti qeyd edib ki, bundan əvvəl göndərilmiş spam həcminə görə lider ABŞ olub. 2011-ci ilin birinci rübündə ABŞ-ın payı 13,7 faiz, Hindistanın payı isə 7,1 faiz təşkil edirdi.

“Sophos” şirkətinin tərtib etdiyi son reytinqdə Cənubi Koreya (5,7 faiz) üçüncü yerdə qərarlaşıb, dördüncü yeri isə 5 faiz göstərici ilə İndoneziya və Rusiya bölüşdürüb.

Şirkət qeyd edib ki, spamın ümumi həcmi keçən illə müqayisədə azalıb. Belə ki, fırıldaqçılar "ənənəvi" poçtun effektivsizliyini başa düşüblər və buna görə də sosial şəbəkələrdə fəaliyyətə başlayıblar. Bununla belə ziyanverici proqramlar tikilmiş məktubların sayı artıb.
 
EMİL
 





24/04/12    Çap et