Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry 10” əməliyyat sistemi ilə işləyən qurğular təqdim ediləcək


“N4BB” nəşri “RIM” şirkətinə yaxın olan mənbələrə istinadən bildirib ki, cari ilin yayında “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək yeni mobil qurğular təqdim ediləcək.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “N4BB” jurnalistlərinin sözlərinə görə, “RIM” şirkəti “BlackBerry 10” əməliyyat sistemi ilə işləyən ilk qurğusunu rəsmi olaraq cari il avqust ayının ortasında təqdim etməyə hazırlaşır.

Məlumat üçün bildirim ki, “BlackBerry 10” – bu, “RIM” şirkətinin yeni platformasıdır. Şirkətin bu il istehsal etdiyi bütün smartfon və planşet kompyuterləri “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək.




 
EMİL
 
 





26/04/12    Çap et