Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milyarderlərin onlayn-reytinqi


Dünyanın tanınmış işgüzar jurnalı olan "Forbes" internetdə Real-Time Billionaires adlı yeni onlayn-xidmət istifadəyə verib. Bu xidmət dünyanın ən zəngin insanlarının siyahısını tərtib edir və onların siyahısını real zaman rejimində dəyişdirir. Reytinqdə əks olunan   məlumatlar hər 5 dəqiqədən bir avtomatik olaraq yenilənir.

Hazırda reytinqdə 69 milyard dollar varidata malik Karlos Slim liderlik edir. Milyarderlər reytinqində 61 milyard dollar varidata malik Bill Qeyts ikinci və investor Uorren Baffet isə 44 milyard dollar göstərici ilə üçüncü yerdə qərarlaşıb.







EMİL





26/04/12    Çap et