Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bing” axtarış sistemi satılacaq?


“New York Times” nəşrinin dərc etdiyi məlumata əsasən, “Facebook” əməkdaşları “Microsoft” korporasiyasının “Bing” axtarış sistemini satın almaq istəyirlər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “New York Times” jurnalistlərinin sözlərinə görə, “Facebook” uzun müddətdir ki öz axtarış sistemini yaratmağı və ya mövcud axtarış sistemini satın almağı planlaşdırır. Bu halda “Bing” axtarış sistemi “Facebook” sosial şəbəkəsində istifadəçilər tərəfindən dərc edilən məzmun üzrə axtarış aparmaqda kömək edə bilər.







 
EMİL
 





26/04/12    Çap et