Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstehsalçılar “Google Drive” xidmətinin “Linux” əməliyyat sistemi üçün proqramını hazırlayırlar


“Google” şirkəti aprelin 25-də “Google Drive” adlı "bulud" xidmətini təqdim edib. Bu möhtəşəm hadisədən sonra internetdə “Google Drive” xidməti haqqında mənfi fikirlər səslənməyə başladı. Buna səbəb xidmətin “Linux” əməliyyat sistemi üçün proqramının mövcud olmaması olub.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki,  “Google Docs” bölməsinin baş meneceri Tereza Vu “Google plus” şəbəkəsindəki səhifəsində dərc etdiyi məlumatda qeyd edib ki, hazırda istehsalçılar “Google Drive” xidmətinin “Linux” əməliyyat sistemi üçün proqramını hazırlayırlar.









 
EMİL
 





26/04/12    Çap et