Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə olaraq “AzScienceNet” Ümumrespublika elmi-praktik seminarı keçiriləcək


May ayının 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq birinci "AzScienceNet" Ümumrespublika elmi-praktik seminarı keçiriləcək. "İCTnews" elektron xəbər xidmətinə bu barədə institutun direktoru Rasim Əliquliyev məlumat verib.

Onun sözlərinə görə, seminarda "Elektron hökumət" və onun bir seqmentinin, şəbəkəsinin necə qurulmalı olması, şəbəkədən hansı formada istifadə edilməsi və s. kimi mühüm mövzular ətrafında məruzələr dinləniləcək, müzakirə olunacaq: "Burada, həmçinin İnformasiya Cəmiyyətində "AzScienceNet"-in vəzifələri, onun üzərinə düşən bütün işlər müzakirə ediləcək".
 





HƏQİQƏT





01/05/12    Çap et