Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lotereyaların təşkilinə dair müraciətlərin qəbulu və cavablandırılması elektron qaydada həyata keçirilir


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin internet səhifəsində lotereyaların təşkili və keçirilməsinə dair müraciətlərin elektron formada qəbulu və cavablandırılması mexanizmləri təşkil edilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin cari ilin I rübü üzrə fəaliyyət hesabatında qeyd olunur.

Bu xidmət QKDK tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və təkmilləşdirilməsi məqsədilə təsdiq olunmuş və icrasına başlanılmış "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq həyata keçirilib.






CAHANGİR





01/05/12    Çap et