Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Regionarda treninqlər keçiriləcək


“Azərpoçt”MMC maliyyə xidmətlərinin göstərilməsi istiqamətində Dünya Bankının və İsveçrənin SECO təşkilatının fəal dəstəyi ilə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə treninqləri davam etdirir. Bu barədə ICTnews elektron xəbər xidmətinə “Azərpoçt”MMC-nin əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynov məlumat verib.

Onun sözlərinə görə, treninqlərin növbəti mərhələdə regionlarda olan işçilər üçün də davam etdirilməsi məqsədilə hal-hazırda SECO təşkilatı ilə başlanacaq yeni layihə üzrə danışıqlar başa çatıb. Yaxın günlərdə müqavilə imzalanıb, təsdiq olunaraq icrasına başlanılacaqdır.









RƏVAN




01/05/12    Çap et