Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Google+”da yeni istifadəçilərin qeydiyyat prosesini bərpa edib


Yeni “Google+” sosial sistemində yeni qeydiyyatların həftəlik bloklanmasından sonra internet-nəhəng sistemdə yeni istifadəçilərin qeydiyyatını bərpa edib. Düzdür, “Google+”a giriş əvvəlki kimi yalnız dəvət ilə mümkündür və istifadəçi qeydiyyat üçün xüsusi məlumatlara, xüsusilə unikal bağlantılara, qeydiyyat koduna, loqin və şifrəyə malik olmalıdır.
Əvvəl şirkət istifadəçilərin yeniliyə "inanılmaz yüksək marağına” istinad edib “Google+”da qeydiyyat prosesini bağlamağa məcbur olub. “Google+”a artıq giriş əldə etmiş bir çox istifadəçilər bildiriblər ki, şirkətin bu sosial yeniliyi, şübhəsiz, diqqətə layiqdir, amma “Google+” sosial sistemi “Facebook”la tamdəyərli rəqabətdən hələ ki uzaqdır. “Google+”un təkmilləşdirmə üzrə direktoru Deyva Besbrisanın sözlərinə görə, şirkət sistemdə qeydiyyatı cümə axşamı bərpa edib, amma dəvət mexanizmi tamamilə az müddətə işləyəcək, çünki sistem artıq yoxlama üçün lazım olan istifadəçi sayını toplayıb. Şirkətin “Google+” üzərində işi nə vaxt bitirməyi planlaşdırdığı haqqında informasiya hələ ki yoxdur.




08/07/11    Çap et