Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet provayder əhatə dairəsini genişləndirir


“AzStarNet” şirkəti artıq “AZ-EVRO TEL” MMC-yə məxsus 492, 497 və 437 saylı ATS-lərdə ADSL avadanlığı quraşdıraraq abunəçilərə provayderin genişzolaqlı internet xidmətlərinə qoşulmaq imkanını təqdim edib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, xidmətə qoşulmaq üçün abunəçilər şirkətin ofisinə müraciət edə  və ya internet səhifəsində onlayn qeydiyyat blankını doldura bilərlər.Qeyd edək ki, hazırda şirkətin xidmət ərazisi Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edir.












CAHANGİR




05/05/12    Çap et