Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” üçün günəş batareyaları ilə işləyən klaviatura


İsveçrənin kompyuter aksessuarları istehsalçısı olan “Logitech” şirkəti öz yeni məhsulunu təqdim edib. Belə ki, şirkət  “iPad” planşet kompyuteri üçün nəzərdə tutulmuş və günəş batareyaları ilə işləyən portativ klaviatura istehsal edib. 130 dollarlıq “Logitech Solar Keyboard Folio” klaviaturası ikinci və üçüncü nəsil “iPad” planşet kompyuterləri üçün uyğundur.

Klaviatura planşetlə “Bluetooth” vasitəsilə əlaqə saxlayır, qurğu həm günəş işığı ilə enerji toplaya və işləyə, həm də süni otaq işıqlandırması vasitəsilə işləyə bilər.

“Logitech” şirkətinin nümayəndələri bildiriblər ki, günəş işığı vasitəsilə  akkumulyatorlarını enerj ilə tam dolduran klaviatura avtonom olaraq 2 il (gündə 2 saat müddətində istifadə edilmə şərti ilə) müddətinə kimi işləyə bilər.
 



EMİL





08/05/12    Çap et