Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “Facebook”a smartfondan daxil olan istifadəçilərin sayı daha çoxdur


“ComScore” analitik şirkəti tərəfindən elan edilmiş məlumatlara görə, ABŞ-da “Facebook” sosial şəbəkəsinin istifadəçiləri 2012-ci ilin martında resursda smartfon vasitəsilə orta hesabla 441 dəqiqə (7 saat 21 dəqiqə), fərdi kompyuter vasitəsilə isə 391 dəqiqə (6 saat 31 dəqiqə) keçiriblər.

“ComScore” analitik şirkətinin nümayəndələri bildiriblər ki, “Facebook” amerikalılar üçün faktiki olaraq mobil sosial şəbəkəyə çevrilir.

Məlumat üçün bildirim ki, “Facebook” bu yaxınlarda “Instagram” mobil xidmətini satın almaq üçün 1 milyard dollarından keçdi.    
 







EMİL






08/05/12    Çap et