Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şuşanın işğalının 20-cı ildönümü ilə bağlı tədbir keçirilib


"Aztelekom" İB-nin "Konfrans zalı"nda Şuşanın işğalının 20-cı ildönümü ilə bağlı  şuşalı rabitəçi ailələri ilə görüş keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbər şəxslərinin iştirak etdiyi mərasimdə 124 məcburi köçkün ailəsinə maddi yardım göstərilib.

Tədbirdə şuşalı rabitəçilər adından çıxış edənlər ölkə rəhbərliyi tərəfindən göstərilən qayğıdan məmnunluğunu ifadə etmiş və öz minnətdarlıqlarını bildirmişlər.




08/05/12    Çap et