Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın internet məkanına “musahibe.info” saytı da daxil oldu


Azərbaycanın internet məkanına “musahibe.info” adlı yeni sayt daxil olub. Dünəndən etibarən fəaliyyətə başlayan saytın məqsədi müxtəlif sahələrə aid müsahibələri işıqlandırmaqdır. “İCTnews” elektron xəbər xidmətinə bu barədə saytın layihə müəllifi və baş redaktoru Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, “müsahibələrin yeganə ünvanı” kimi işə başlayan saytda siyasət, cəmiyyət, idman, biznes, təhsil, mədəniyyət və s. kimi bölmələr hazırlanıb: “Hələlik saytda istinad mənbələri göstərilməklə, ölkənin digər mətbu orqanlarında da yer alan müsahibələr toplanılaraq cəmləşdirilir. Amma gələcəkdə onlarla yanaşı, daha çox öz müsahibələrimizə üstünlük veriləcək”.

E.Qocayev internet məkanında artan sayt bolluğunda rəqabətdən çəkinmədiklərini də deyir: ”Azərbaycanda bu cür ixtisaslaşmış,  yəni yalnız müsahibələrdən ibarət  sayt yoxdur. Gələcək planlarımızda video və audio müsahibələrin də sayta yerləşdirilməsi nəzərdə tutulur”.
 

HƏQİQƏT






10/05/12    Çap et