Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” mağaza açacaq


“IPO”-ya az qalmış “Facebook” şirkəti “App Center” adlı əlavələr onlayn-mağazasını istifadəyə verib. Kataloqda dünyanın ən populyar sosial şəbəkəsi ilə işləmək üçün proqramlar yerləşdirilib. “iOS” platforması ilə işləyən qurğu istifadəçiləri seçilmiş proqramın quraşdırılması üçün “App Store”, “Android” aparat sahibləri isə “Google Play” onlayn əlavələr mağazasına yönləndiriləcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ”Facebook App Center” əlavələr onlayn-mağazasında konkret mobil platforma üçün nəzərdə tutulmamış əlavələr də olacaq.

Onları birbaşa veb-səyyahda işə salmaq olar. Sosial şəbəkə həm pullu, həm də pulsuz proqramlar təklif edəcək.

Dünyanın ən böyük sosial şəbəkəsinin nümayəndələri bildiriblər ki, istifadəçilərə yalnız yüksək keyfiyyətli proqramlar əlçatan olacaq.
 
EMİL





10/05/12    Çap et