Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MacBook Air” noutbuklarının qiyməti 200 dollar ucuzlaşacaq


“Apple” korporasiyası 2012-ci ilin üçüncü rübündə “MacBook Air” adlı nazik və yüngül noutbuklar xəttini yeniləyəcək. Bu barədə “DigiTimes” portalı yazıb. Nəşrə məlumat verənlərin sözlərinə görə, “MacBook Air” noutbuklarının baza modelinin qiyməti  təxminən 200 dollar ucuzlaşaraq 799 dollar təşkil edəcək.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “MacBook Air” noutbukları sonuncu dəfə 2011-ci ilin iyulunda yenilənmişdi. ABŞ-da makbukların başlanğıc səviyyə (11,6 düymlü ekran və 64 QB yaddaş) üçün qiyməti 999 dollar, 128 QB tutuma malik sərt disk ilə isə 1199 dollar təşkil edir. 13 düymlü ekran və 128 QB yaddaş ilə olan modelin qiyməti 1299 dollar, 256 QB tutuma malik sərt disk ilə olan modelin qiyməti isə  1599 dollara bərabərdir.






EMİL





10/05/12    Çap et