Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” “Firefox 7” səyyahının “Aurora” versiyasını istifadəyə verir


“Firefox” veb səyyahının yaradıcıları bu gün “Firefox 7” səyyahının “Aurora” versiyasını təqdim ediblər. “Firefox 7” hələ ki yalnız yaradıcı və səyyah testerlərinin sərəncamındadır. “Firefox” istifadəçilərinin əsas hissəsi ən azı beta versiyanı gözləməli olacaqlar.
Yaradıcı və testerlərə yenilik “Windows”, “Mac OS” və “Linux” əməliyyat sistemləri üçün versiya şəklində təklif edilib. “Mozilla” bildirib ki, “Firefox 7” bir neçə innovasiyadan ibarətdir, bu da səyyahın sistemdə təxminən 30% aşağı yaddaş sərf etməsinə gətirib çıxardır.
İkinci əhəmiyyətli yenilik "zibil yığıcısı" olub. Bu, səyyahdaxili bir prosesdir, hansı ki düzgün işləyərək, sistemdən zərərverici səyyah proseslərini təmizləyir, həmçinin hal-hazırda “Firefox 7” daxilində işləyən prosesləri optimallaşdırır. Yaradıcıların sözünə görə, bu yenilik də, həmçinin səyyahın yaddaşla işinə müsbət təsir edir.
“Firefox 7”-də dəstəklənən yeni funksiyalara gəlincə, onların çox hissəsi "gələcək veb"ə yönəldilib. Burada veb-tayminq, “HTML5 Canvas” və mətn təsvirinin yaxşılaşdırılmış mühərriki üçün “Azure Direct2D” aparat sürətləndirmə dəstəyi elan edilib. “CSS3” dəstəyi yaxşılaşdırılıb və məlumatların “Firefox”un digər versiyaları ilə sinxronlaşdırması üzrə yeni imkanlar əlavə edilib.




08/07/11    Çap et