Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəbəkədə mütəşəkkil kibercinayətkar dəstə fəaliyyət göstərir


İnterpolun mütəxəssisləri tərəfindən dərc edilmiş yeni hesabatda qeyd edilib ki, müxtəlif şəbəkə fırıldaqçıları və bütün hakerlər təcrübəli mütəxəssislərin rəhbərliyi altında birlikdə fəaliyyət göstərməyə üstünlük verirlər. İnterpolun prezidenti Bun Xuey Xu şəxsən bildirib ki, hazırda  bütün kibercinayətlərin 80 faizi məhz belə mütəşəkkil qruplaşmalar tərəfindən həyata keçirilir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına görə, kibercinayətkarların fəaliyyəti nəticəsində dəymiş zərərin həcmi narkotik trafikini ötür.

Məsələn, yalnız keçən il ərzində dünya bankları haker fəaliyyəti nəticəsində 12 milyarddan çox vəsait itiriblər. Avropada kibercinayətkarların ümumi illik maliyyə dövriyyəsi artıq 750 milyard avroya çatır.
 


EMİL





11/05/12    Çap et