Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli kağızlar ilə bağlanılan əqdlərə dair hesabatların elektron formada təqdim edilməsinə imkan yaradılır


Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi Qaydaları” təsdiq edilib və Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestrinə daxil edilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Yeni Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən QKDK-ya Azərbaycan Respublikasının ərazisində investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında təqdim edilən hesabatlara dair tələbləri, onların təqdim və tərtib edilmə qaydasını müəyyən edir.

Bu Qaydalar hesabatlıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlar ilə bağlanılan əqdlərə dair hesabatların sistemləşdirilməsinə, onların elektron formada təqdim edilməsinə, həmçinin QKDK tərəfindən qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan verir.

CAHANGİR





11/05/12    Çap et