Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Eurovision-2012” müsabiqəsinə həsr olunmuş fleşmob keçirilib


 “Eurovision” yarışmasının rəsmi fanklubu “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin dəstəklənməsinə həsr olunan növbəti maraqlı fleşmobla Bakı sakinlərini təəccübləndirib.

Fleşmobun mövzusu Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsi olub. Yüzlərlə iştirakçı Fəvvarələr meydanında müxtəlif mahnılardan ibarət üçdəqiqəlik kompozisiya ilə çıxış edib.
300-dən çox fleşmobçu bir ay ərzində məşq keçib.    





12/05/12    Çap et