Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” korporasiyası “Google”-un kartoqrafiya xidmətindən imtina edə bilər


 "Apple" korporasiyası "IOS 6" mobil platformasında "Google"-un kartoqrafiya xidmətindən imtina edərək xəritəyə üçölçülü rejimdə baxmaq imkanına malik şəxsi hazırlamasından istifadə edə bilər.

Bu barədə etibarlı mənbələrə istinadən "9to5mac" saytı məlumat verib. Məlumat üçün bildirim ki, "Apple" korporasiyası "Google Maps" xidmətindən 2007-ci ildən bəri istifadə edib.

Şirkət 2012-ci ilin martında isə ilk dəfə olaraq digər həldən istifadə edib; mobil qurğular üçün nəzərdə tutulmuş "iPhoto" əlavəsində "OpenStreetMap" xidmətinin kartoqrafiya informasiyası tətbiq edilib. "IOS 6" sisteminin elanı iyunun 11-də başlayacaq "Apple WWDC" konfransı çərçivəsində baş tutmalıdır.

EMİL




12/05/12    Çap et