Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” öz brendi altında televizor istehsal edəcək


Artıq bir neçə aydır ki, internetdə “Apple” şirkətinin öz brendi altında televizor istehsal edəcəyi və onun “iTV” adlanacağı ilə bağlı məlumatlar yayılmaqdadır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, “Foxconn” şirkətinin direktoru keçən həftənin sonunda bildirib ki, onlara rəhbərlik edən korporasiya belə məhsul istehsalına başlamağa hazırlaşır.

Məlumat üçün bildirim ki, “Foxconn” şirkəti “Apple” korporasiyasının satdığı bütün mobil qurğuların əsas istehsalçısıdır.










EMİL





15/05/12    Çap et