Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” həftəlik icmalların göndərilməsinə başlayıb


"Twitter" mikrobloqlar xidmətinin "RestEngine" şirkətini satın almasından bir neçə gün keçdikdən sonra bu sazişin praktik əhəmiyyəti məlum olub. Belə ki, mikrobloqlar xidmətinin administrasiyası elan edib ki, ən maraqlı mövzularla olan həftəlik icmalları artıq öz istifadəçilərinin elektron poçt qutularına göndərməyə başlayır.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Twitter" xidmətinin administrasiyası bütün istifadəçilərini həftəlik icmallar göndərilməsinə 1 aydan az bir müddətdə qoşmağı planlaşdırır. Bununla belə, istənilən şəxs ondan imtina edə bilər.






 
EMİL





15/05/12    Çap et