Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell”dən “Facebook”a pulsuz giriş imkanı


“Bakcell” şirkəti “zero.facebook” xidmətini istifadəyə verməklə abunəçilərinə öz mobil telefonlarından “Facebook” sosial şəbəkəsindən pulsuz istifadə etmək fürsəti yaradır.
“Bakcell” Azərbaycanın mobil telekommunikasiya məkanında ilk dəfə olaraq, “Facebook” şirkəti ilə əməkdaşlıq quraraq, öz mobil internet istifadəçilərinə “zero.facebook” xidməti vasitəsilə “Facebook”a daha rahat, sürətlə və pulsuz qoşulmaq imkanı yaradır. “Zero.facebook.com” – “Facebook” şəbəkəsinin bütün əsas funksiyalarına malikdir və hətta “Facebook”un standart mobil versiyası sayılan “m.facebook.com” səhifəsindən də sürətlə yüklənir.
Bu gün 750 milyondan artıq aktiv istifadəçisi olan “Facebook” dünyanın ən böyük sosial şəbəkəsidir. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 500.000 nəfərə yaxınlaşır. Hal-hazırda dünya üzrə 250.000 milyondan artıq insan aktiv surətdə öz mobil telefonları vasitəsilə “Facebook” səhifəsinə daxil olurlar.




09/07/11    Çap et